Mourinyo rəsmən “Fənərbaxça”da - Video

mourinyo-resmen-fenerbaxcada
Oxunma sayı: 5666

Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı məşhur mütəxəssis Joze Mourinyo bundan sonra İstanbul klubunu çalışdıracaq.

Bu barədə “Fənərbaxça”nın rəsmi səhifəsi video yayıb.

Videoda J.Mourinyo “sarı lacivərtlilər”in azarkeşlərinə səslənib.

Təcrübəli mütəxəssis sabah İstanbul klubunun bazasında olacağını bildirib.