Güclü qar səbəbindən bu rayonlarda yollar bağlandı - Fotolar-Yenilənib

guclu-qar-sebebinden-bu-rayonlarda-yollar-baglandi
Oxunma sayı: 2770

Ötən gün axşam saatlarından yağan intensiv qar Cəlilabad və Biləsuvar rayonlarında bir sıra fəsadlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, güclü qar səbəbilə Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, bəzi ərazilərdə yollar tam bağlanıb. 

Rayonun dağlıq zonasında yerləşən 19 kənddə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

Biləsuvar rayonunda da güclü qar səbəbindən avtomobillərin hərəkəti xeyli çətinləşib, bir sıra yaşayış məntəqələrində elektrik enerjisində fasilələr müşahidə olunur.

Hazırda hər iki rayon üzrə müvafiq dövlət qurumları tərəfindən yolların açılması, enerji təchizatının bərpası və digər fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, saytımıza verilən məlumata görə, qarlı hava şəraiti ilə əlaqədar olaraq cənub bölgəsində rayonlarda şəhər mərkəzləri və yaşayış məntəqələrini birləşdirən yollarda polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidməti təşkil olunub.

Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar qardan təmizlənməsi, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir.

Hazırda xidmət fasiləsiz davam etdirilir. 

Surxay Şahbazov