Gürcüstan parlamentinin komitəsi “Xarici agentlər haqqında” qanunu dəstəkləyib

gurcustan-parlamentinin-komitesi-xarici-agentler-haqqinda-qanunu-destekleyib
Oxunma sayı: 1093

Gürcüstan parlamentinin Hüquq Komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Bildirilib ki, komitə 10 saat ərzində qanun layihəsini maddə-maddə müzakirə edib.

Xatırladaq ki, Gürcüstanda “Xarici agentlər haqqında” qanun 2024-cü ilin aprelin 17-də birinci oxunuşda qəbul edilib. Bunun ardınca paytaxt Tbilisidə kütləvi etiraz aksiyaları keçirilib.