Türkiyəli müğənni Hadisə Almaniyada verdiyi konsert zamanı şəxsi həyatı ilə bağlı səmimi etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, Mehmet Dinçerlerlə qısa müddət davam edən evliliyindən, ardınca isə rejissor Şenol Sönmezlə münasibətindən sonra yenidən subay olan sənətçi bildirib ki, ana olmaq arzusunu artıq daha güclü hiss edir.
Hadisə yaxın zamanda ikinci dəfə bibi olduğunu xatırladaraq deyib:
“Hələ bibi olarkən belə bu hissləri yaşayıram. Ana olanda necə olacağı çox maraqlıdır. Özümü indi buna hazır hiss edirəm. Təbii ki, əvvəl doğru partnyoru tapmaq lazımdır”.
Son xəbərlər
Son Xəbərlər