Hakan Fidan Mirzoyanla görüşdü

hakan-fidan-mirzoyanla-gorusdu
Oxunma sayı: 1352

Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyan Antalyada keçirilən diplomatik forum çərçivəsində görüşüblər.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

Tərəflər münasibətlərin tam nizamlanmasına nail olmağa hazır olduqlarını təsdiqləyib. Onlar bu istiqamətdə konkret addımlar barədə də fikir mübadiləsi aparıb.