“Hakimlər daha ürəkli olmalıdır” - Deputat

hakimler-daha-urekli-olmalidir
Oxunma sayı: 2497

“Son dövrlər Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatları çox müsbət qiymətləndirirəm”,

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri deputat, Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat yeni təyin olunan hakimlər sırasında gənclərin sayının artmasını müsbət hal kimi dəyərləndirib:

“Bizim gələcəyimiz gənclərdən asılıdır. Yeni təyin olunan hakimlər sırasında gənclərin olmasına çox yaxşı baxıram. Əlbəttə ki, önəmli olan onların bacarığı, hüquqi düşüncəsi, eyni zamanda təcrübəsidir. Yəni, bu, gənclərin təmsil olunması xatirinə olmamalıdır”.

Deputat, həmçinin son dövrlər məhkəmələr tərəfindən çıxarılan bəraət hökmlərinin artmasına da münasibət bildirib:

“Bu, müsbət haldır. Hakimlərin müstəqilliyinin ən yaxşı göstəricilərindən biri məhz bəraət hökmləridir. Lakin bu, kifayət deyil. Hələlik bəraət hökmlərinin sayı lazımi səviyyədə deyil. Hakimlər daha ürəkli olmalıdır”.

Sail Ağasəlim