Həftəyə tıxacla başladıq

hefteye-tixacla-basladiq
Oxunma sayı: 153

Paytaxtın bəzi yollarında tıxac müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

4. Babək prospekti, mərkəz istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.