Həmin qətldə iştirakını təsdiqlədi

hemin-qetlde-istirakini-tesdiqledi
Oxunma sayı: 407

Amerikalı reper və prodüser P. Diddi (Şon Kombs) həmkarı Tupak Şakurun qətlində iştirak etdiyini dolayısı ilə etiraf edib.

“Qafqazinfo” “New York Post” (NYP) qəzetinə istinadən xəbər verir ki, sözügedən şok iddia reperə qarşı qaldırılan yeni məhkəmə işində yer alıb.

Stiv Otis adlı iddiaçı 2012-ci ildə P. Diddi tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Otisin sözlərinə görə, hadisədən sonra sənətçi onu susdurmaq üçün Tupak Şakurun qətlini xatırladaraq hədə-qorxu gəlib.

Xatırladaq ki, 13 sentyabr 1996-cı ildə Las-Veqasda naməlum şəxslərin atəş açması nəticəsində 25 yaşlı Tupak Şakur həyatını itirib. Uzun illərdir açılmayan cinayət işi üzrə bu yaxınlarda həbs edilən qanqster Dueyn Kit Deyvis (“Keffe D”) də qətli məhz P. Diddinin sifariş etdiyini iddia etmişdi. Hazırda P. Diddi insan alveri və müxtəlif ağır cinayətlərdə ittiham olunaraq həbsdədir.