Ötən ilin oktyabrında Luvr Muzeyindən oğurlanan və qaçan oğrular tərəfindən yerə düşürülən 19-cu əsrə aid almaz tac tapılıb.
“Qafqazinfo” xəbər verir ki, muzey bərpa işlərinin mümkünlüyünü bildirib və onun son vəziyyətini bölüşüb.
Muzey rəsmiləri, oğruların şüşə vitrində açdıqları dar dəlikdən zorla tacı çıxarmağa çalışdıqlarını və bu prosesdə tacın “ciddi şəkildə deformasiyaya uğradığını” bildirib. Bildirilir ki, tacda olan 1354 almaz və 56 zümrüdün demək olar ki, hamısı hələ də yerindədir. Tacı bəzəyən səkkiz qızıl qartaldan yalnız birinin itdiyi deyilir.
Luvr Muzeyinin rəhbəri Laurens des Karsın başçılıq etdiyi ekspertlər komitəsi tacın bərpası prosesinə nəzarət edəcək. Muzey rəhbərliyi, əsərin əvvəlki formasına sadiq qalaraq və “sıfırdan rekonstruksiya prosesini tələb etmədən” tamamilə orijinal vəziyyətinə qaytarıla biləcəyini açıqlayıb.
Xatırladaq ki, oktyabrın 19-u Fransada naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər