Telekommunikasiya xidmətlərinin keyfiyyəti ilə bağlı tələblərin hüquqi məzmunu qanunvericilikdə dəqiqləşdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Telekommunikasiya haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
“Telekommunikasiya haqqında” Qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməli olduğunu müəyyən edir.
Layihəyə əsasən, qeyd olunan müddəada işlədilən “standart, norma və qaydalar” və “telekommunikasiya xidmətlərinin standartları” ifadələri telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermədiyi halda, ondan fərqli olaraq “keyfiyyət göstəriciləri” anlayışı xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları ehtiva edir və tənzimləmənin predmetini daha dəqiq əks etdirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı təmin edilməli konkret keyfiyyət göstəricilərini müəyyən edir və bu göstəricilər xidmətin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyarları ehtiva etməklə operator və provayderlərin fəaliyyətinə münasibətdə məcburi tələblər kimi çıxış edir.
Qanun layihəsi müzakirələrdən sonra səsverəyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər