Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur

bu-olkede-mekteblerde-mobil-telefon-qadagan-olunur
Oxunma sayı: 167

Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən ölkənin ibtidai və orta məktəblərində mobil telefonlardan istifadənin qadağan olunacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, yeni qayda yalnız internetə çıxışı olan mobil telefonları deyil, şagirdlərin digər şəxsi elektron cihazlarını da əhatə edəcək.

Eyni zamanda, məktəblərin internet şəbəkələrində məzmun filtrləmə sistemi işə salınacaq.

Sənəddə qeyd olunur ki, dərs saatları ərzində təhsillə əlaqəsi olmayan platformalara - sosial şəbəkələrə, onlayn oyunlara və alış-veriş saytlarına giriş məhdudlaşdırılacaq. Hansı veb-saytların bloklanacağına isə yerli bələdiyyələr və məktəb rəhbərlikləri qərar verəcək.