Sabah bütün sosial ödənişlərin verilməsi yekunlaşacaq

sabah-butun-sosial-odenislerin-verilmesi-yekunlasacaq
Oxunma sayı: 293

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının noyabrın 25-də ödənilməsi nəzərdə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.