“Hərbi məqsədlərə qrafiki qabaqlamaqla nail oluruq”

herbi-meqsedlere-qrafiki-qabaqlamaqla-nail-oluruq
Oxunma sayı: 756

İsrailin və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bir neçə həftə davam edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Fransadakı səfiri Coşua Zarka BFMTV telekanalının efirində bildirib.

O həmçinin əməliyyatın planlaşdırılan qrafiki qabaqlamaqla icra edildiyini qeyd edib. 

“Lap əvvəldən bu sual (münaqişənin müddəti barədə - red.) qaldırılanda, biz bunun üçün bir neçə həftə nəzərdə tutmuşduq. Bu müddət dəyişməyib. Dəqiq neçə həftə olacağını deyə bilmərəm, lakin qarşıya qoyulmuş hərbi məqsədlərə qrafiki qabaqlamaqla nail oluruq”, - səfir bildirib. 

Coşua Zarkanın sözlərinə görə, yaxın həftələrdə İsrail və ABŞ İran hakimiyyətini o qədər zəiflətməyə çalışacaq ki, onlar nə ölkə daxilinə nəzarət edəcək, nə də ölkə hüdudlarından kənara müdaxilə edə biləcəklər. 

Səfir İsrail və ABŞ-nin İranda hakimiyyət dəyişikliyini hədəflədiklərini bir daha vurğulayıb. Onun fikrincə, İranın rəhbərliyinə və güc strukturlarının obyektlərinə zərbələr hökumət əleyhinə etirazların yenidən başlaması üçün şərait yaradacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da öz növbəsində prosesin bitmə vaxtı ilə bağlı dəqiq tarix deməkdən imtina etsə də,  əməliyyatların yaxın zamanda başa çatacağını açıqlayıb.