Hərbi təchizat təyyarələrimizin uçuşuna qadağa qoyuldu - İrandan növbəti xəyanət

herbi-techizat-teyyarelerimizin-ucusuna-qadaga-qoyuldu
Oxunma sayı: 9657

Bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, APA bu barədə hərbi dairələrdən məlumat əldə edib.

Mənbə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyini iddia edib.

Ocaq Necatın Bakıdakı ofisi bağlandı
Ocaq Necatın qapadılan ofisindən - Görüntülər

İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir.

"İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib.