Ocaqnecatın Bakıdakı ofisi bağlandı

ocaqnecatin-bakidaki-ofisi-baglandi
Oxunma sayı: 17384

İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnecatın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb.

“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.

Hərbi təchizat təyyarələrimizin uçuşuna qadağa qoyuldu - İrandan növbəti xəyanət

Ocaqnecatın qapadılan ofisindən - Görüntülər

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

“Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.