Hərracda dollara tələb kəskin artıb

herracda-dollara-teleb-keskin-artib
Oxunma sayı: 2433

Fevralın 29-da Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

“Qafqazinfo” AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 80,0 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bu ilin yanvar-fevral aylarında isə AMB və Dövlət Neft Fondunun (ARDNF) birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 287,6 milyon ABŞ dolları məbləğində satış olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Ümumilikdə fevral ayında isə valyuta satışının məbləği 870,6 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,45 dəfə çoxdur.