Heydər Əliyev prospektindəki qəza yerindən - Video - Fotolar

heyder-eliyev-prospektindeki-qeza-yerinden
Oxunma sayı: 9533

Xəbər verdiyimiz kimi, Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük maşını aşıb, nəticədə avtomobildə olan maye yola dağılıb.

Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından Böyükşor şosesi - “Koroğlu” metro stansiyası, mərkəz, həmçinin Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin hadisə yerindən lentə aldığı görüntüləri təqdim edirik: