Hindistanda yük və sərnişin qatarları toqquşdu - Ölən və yaralananlar var

hindistanda-yuk-ve-sernisin-qatarlari-toqqusdu
Oxunma sayı: 577

Hindistanın Çhattisqarh əyalətinin Bilaspur rayonunda yük qatarı ilə sərnişin qatarı toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “India Today” məlumat yayıb.

Toqquşma Biləspur-Katni hissəsində baş verib və nəticədə bir neçə vaqon relsdən çıxıb və dəmir yolu hərəkəti dayandırılıb.

İlkin məlumata görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.