Əli Kərimlinin keçmiş mühafizəçisinə hökm oxundu

eli-kerimlinin-kecmis-muhafizecisine-hokm-oxundu
Oxunma sayı: 1059

AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri üzrə təqsirli bilinib.

N.Tağıyevə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, o, ev alqı-satqı məsələlərində vasitəçiliklə məşğul olub. N.Tağıyev vətəndaşın 71 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.