UEFA klublarımıza bu qədər vəsait ayırıb - Ən çox qazanan “Qarabağ”dır

uefa-klublarimiza-bu-qeder-vesait-ayirib
Oxunma sayı: 1402

Azərbaycanın futbol klublarına 2025-ci ildə UEFA tərəfindən ayrılan maliyyə vəsaiti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın hesabatında məlumat verilib.

Məlumata görə, siyahıda I yerdə “Qarabağ” qərarlaşıb.

Ağdam klubu UEFA-dan 61 milyon 123 min 325 manat alıb.

“Sabah”a 3 milyon 27 min 845 manat, “Araz-Naxçıvan”a 2 milyon 480 min 415 manat, “Zirə”yə 2 milyon 70 min 729 manat, “Neftçi”yə 1 milyon 23 min 94 manat, “Sumqayıt”a 833 min 496 manat, “Səbail”ə 706 min 895 manat, “Turan Tovuz”a 706 min 895 manat, “Kəpəz”ə 706 min 895 manat, “Qəbələ”yə 427 min 340 manat, “Şamaxı”ya 279 min 555 manat çatıb.