Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Zirə” səfərdə “Turan Tovuz” üzərində inamlı qələbə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş “qartallar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 55-ci dəqiqədə Eren Aydın açıb. Oyunun son dəqiqələrində isə (89-cu dəqiqə) Leroy Mikels rəqib qapısına ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Xatırladaq ki, 1/4 final mərhələsində Tovuz təmsilçisi “Kəpəz”i, Bakı klubu isə “Sumqayıt”ı mübarizədən kənarlaşdırmışdı. Bu cütlük arasında cavab qarşılaşması aprelin 21-də keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər