“Hökumət onun nəşinin Azərbaycana qaytarılmasını təmin etməlidir”

hokumet-onun-nesinin-azerbaycana-qaytarilmasini-temin-etmelidir
Oxunma sayı: 12957

“Yusif Vəzir Çəmənzəminlinin nəşini Şuşaya gətirib dəfn etməliyik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, bu il Y.V.Çəmənzəminlinin ölümünün 80 illiyidir: “O, Nijni Novqorodun yaxınlığında dəfn olunub. Məzarının yeri təqribən bəllidir. Ona görə bizim hakimiyyət bu istiqamətdə ciddi addım atmalıdır. Rusiya ilə münasibətlərimiz normaldır, müstəqil dövlətik. Buna görə onun nəşi gətirilib Şuşada dəfn olunmalıdır.

Xəbəri rus dilində oxuyun: Вскрылись сенсационные факты в связи с покойным генералом МО

Biz Qarabağa yalnız insanları deyil, müstəqilliyimiz uğrunda savaşan insanların ruhlarını da qaytarmalıyıq. Bununla bizim hökumət ciddi maraqlanmalı, onun nəşinin Azərbaycana qaytarılmasını təmin etməlidir”.

Zaur Mirzə