I siniflərə elektron qeydiyyata nə vaxt start veriləcək?

i-siniflere-elektron-qeydiyyata-ne-vaxt-start-verilecek
Oxunma sayı: 1282

“2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisi bu il 15 yanvar tarixindən etibarən ilk dəfə vətəndaşlara təqdim olunub: “Valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytına daxil olaraq məktəblərin ünvanları və həmin məktəblərin ərazisi hesab olunan ünvanların siyahısı ilə tanış ola bilərlər”.

Lamiyə Məmmədova