İçkili vəziyyətdə elektrik dirəyinə çıxdı - Foto + Yenilənib

ickili-veziyyetde-elektrik-direyine-cixdi
Oxunma sayı: 7014

Ağdamda qonaq gələn şəxs içkili vəziyyətdə yüksək gərginlikli elektrik dirəyinə çıxıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun İmamqlubəyli qəsəbəsi ərazisində baş verib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hazırda onun düşürülməsi prosesi aparılır.

Məlumata görə, hadisə səbəbindən qəsəbənin işıqları söndürülüb.

***

Əldə etdiyimiz məlumata görə, elektrik dirəyinə çıxan şəxs FHN-in xilasediciləri tərəfindən xəsarətsiz olaraq düşürülüb.

Qəsəbədə elektrik enerjisində yaranan fasilə bərpa edilib.

Ziya Əmirxanlı