İdarəetməni itirib maşını bağa aşırdı

idareetmeni-itirib-masini-baga-asirdi
Oxunma sayı: 580

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

“VAZ 21011” markalı avtomobilin sürücüsü Niyaməddin Xəlilov idarəetməni itirdiyindən nəqliyyat vasitəsi ağaca çırpılıb və nəticədə, yaxınlıqdakı bağa aşıb.

Qəza zamanı Əlibəyli kənd sakini olan 21 yaşlı sürücü müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti kafidir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev