Bərdə rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən Bərdə şəhər Səməd Vurğun küçəsində N.Cəfərov “Mercedes” markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Muradova Əsli Yaqub qızını vurub. Qadın aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Oxşar hadisə Balakəndə də baş verib. M.Taralov dünən saat 16:10 radələrində “Toyota Carolla” markalı avtomobillə Balakən şəhər R.Səmədov küçəsi ilə hərəkətdə olduğu zaman idarəetməni itirərək piyada 1990-cı il təvəllüdlü Məmmədova Xədicə Ramiz qızını vurub. O aldığı xəsarətlər nəticəsində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər