Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın Federal Kansleri Fridrix Merts ilə təkbətək görüşüb.
“Qafqazinfo” xəbər verir ki, sonra görüş geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan ilə Almaniya arasında strateji gündəliyə dair imzalanmış sənədin əhəmiyyəti vurğulanıb. Həmçinin sənəddən irəli gələrək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupların yaradılması və bu istiqamətdə sistemli işin aparılmasının vacibliyi qeyd edilib.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol qeyd olundu, həmçinin Orta Dəhlizin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunuldu və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Federal Kansler Fridrix Merts Azərbaycanla Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. O, Almaniyanın regionda sülhün gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və hər zaman buna dəstək verməyə hazır olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər