HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Xəlil əl-Həyyə ilk çıxışında bütün Fələstin siyasi qruplarını birliyə və milli dialoqa çağırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, Fələstin xalqının birliyinin təmin olunması hərəkatın əsas prioritetlərindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında qan tökülməsinin dayandırılması, normal həyatın bərpası və əhalinin məcburi köçünün qarşısının alınması da əsas məqsədlər sırasındadır.
Rəhbər həmçinin Fələstinin milli institutlarının, xüsusilə də Fələstin Azadlıq Təşkilatının demokratik əsaslarla yenidən qurulması üçün milli dialoqa başlanmasının vacibliyini vurğulayıb.
Çıxışının sonunda HƏMAS-ın yeni rəhbəri beynəlxalq ictimaiyyəti və BMT-ni Qəzza zolağında mülki əhalinin müdafiəsini təmin etməyə çağırıb.
Qeyd edək ki, Xəlil əl-Həyyə iyulun 20-də HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.
Son xəbərlər
Son Xəbərlər