İlk köç karvanı Xankəndi şəhərinə çatdı - Fotolar

ilk-koc-karvani-xankendi-seherine-catdi
Oxunma sayı: 1271

Yanvarın 21-də Xankəndi şəhərinə yola düşən ilk köç karvanı ünvana çatıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, ilk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.

Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.