İmişlidə yaşayan şəhid ailəsi üzvləri Şuşaya səfər etdilər - Fotolar

imislide-yasayan-sehid-ailesi-uzvleri-susaya-sefer-etdiler
Oxunma sayı: 1040

İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yaşayan şəhid ailəsi üzvlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri reallaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, səfərdə 50 şəhid ailəsi üzvü iştirak edib.

Səfər çərçivəsində Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər.

Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib. Səfər müddətində şəhidlərimizin yaxınları qəhrəman igidlərimizin keçdiyi şərəfli yolundan, onların şücaətlərindən bəhs ediblər.

Şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı vurğulanıb.