İtaliyalı məşhur hücumçu Çiro İmmobile peşəkar futbolçu karyerasını başa vurduğunu elan edib.
“Qafqazinfo” xəbər verir ki, Fransasının “Paris” klubunda daha bir mövsüm çıxış edəcəyi gözlənilən 36 yaşlı futbolçu sosial şəbəkə hesabları vasitəsilə gözlənilməz qərarını açıqlayıb.
“Bu, asan qərar olmadı. Lakin artıq ailəmin yanında daha çox olmaq vaxtı çatıb. Onlar hər yerdə mənim arxamca gəliblər, bu gün isə onların mənim dəstəyimə ehtiyacı var. Məşqlər zamanı özünü tam verə bilməyəndə, ağrıları dəf edərək məşq etməyə özünü məcbur edə bilməyəndə davam etmək çox çətindir... Məhz buna görə də karyeramı bitirmək qərarına gəldim”, – deyə italiyalı hücumçu verdiyi qərarı şərh edib.
Qeyd edək ki, Ç. İmmobile İtaliya milli komandasının heyətində Avro-2020-nin çempionu olub. O, yığma formada keçirdiyi 57 matçda 17 qola imza atıb. “Yuventus”un yetirməsi olan təcrübəli hücumçu peşəkar karyerasının yarısını – 8 ilini “Latsio”da keçirib. İmmobile Roma klubunun tarixinin bütün zamanlardakı ən yaxşı bombardiridir. O, paytaxt klubunun heyətində bütün turnirlər daxil olmaqla 340 oyuna çıxıb və 207 qol vurub.
Əlavə edək ki, italiyalı hücumçu 2020-ci ildə İtaliya A Seriyasında vurğuladığı 36 qolla Avropanın ən yaxşı bombardiri seçilərək “Qızıl butsu” qazanıb.
Son xəbərlər
Son Xəbərlər