FIFA-nın sabiq prezidenti Yosef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonun çıxışını istehza ilə şərh edib.
“Qafqazinfo” xəbər verir ki, 1998-2015-ci illərdə FIFA-ya rəhbərlik edən Blatter İnfantinonun Sürixdə FIFA Şurasının iclasında çıxışı zamanı dünya çempionatına özəl sektor investorlarının cəlb edilməsi layihəsinin idarə olunmasında və ictimaiyyətə çatdırılmasında buraxılan səhvlərə görə üzr istəməsinə münasibət bildirib.
İnfantino, həmçinin hər bir milli federasiyaya 25 milyon dollar maliyyə dəstəyi veriləcəyini açıqlayıb.
Yosef Blatter sosial şəbəkə hesabında bu vədi istehza ilə qarşılayıb: “Ən möhtəşəm Canni İnfantino! Sürixdə inanılmaz çıxış: özünü yaxşı katolik kimi göstərən İnfantino günahlarını etiraf edir, sonra isə 25 milyon vəd edir. Etiraf, bağışlanma və günahlardan təmizlənmə - hamısı bir çıxışda! Papa sevinməlidir. Lakin futbolda da, kilsədə olduğu kimi, etibarlılığı pulla almaq mümkün deyil”.
Son xəbərlər
Son Xəbərlər