Səhər saatlarından etibarən Çempionlar Liqası çərçivəsində “Qarabağ”la qarşılaşma üçün Bakıya gələn “Nyukasl” azarkeşləri bilet əldə etmək üçün Neftçilər prospektində növbəyə dayanıblar.
“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yer alıb.
Xatırladaq ki, “Qarabağ”la oyunu təxminən 2 min ingilis azarkeşin izləyəcəyi gözlənilir.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.


Son xəbərlər
Son Xəbərlər