Benzin qiymətlərini aşağı salmağı tələb etdi

benzin-qiymetlerini-asagi-salmagi-teleb-etdi
Oxunma sayı: 541

“Benzin satıcıları qiymətləri dərhal aşağı salmalıdır!”

“Qafqazinfo” xəbər verir ki, bu tələblə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımında çıxış edib. 

“Hazırda neftin bir barelinin (159 litr) qiymətinin 68 dollar benzinin olduğunu və ucuzlaşmağa doğru getdiyini nəzərə alsaq, qiymətlər həddindən artıq yüksəkdir”, - Tramp yazıb.

Ağ Ev rəhbəri pərakəndə benzin satıcılarından onun bəyanatına tez reaksiya verməyi tələb edib: “Heç bir qiymət şişirtməsi olmayacaq, bu, tamamilə qanunsuzdur. Əgər satıcılar bunu etməsələr, onları böyük problemlər gözləyir”.

ABŞ lideri benzinin bir qallonunun (təxminən 3,8 litr) 2,5 dollara (4,25 AZN) satılmasını məqbul qiymət adlandırıb.

Qeyd edək ki, hazırda ABŞ-də benzinin bir qallonunun orta qiyməti 3,8 dollardır (təxminən 6,50 AZN).