İran həmin qırıcının pilotunu ələ keçirib? - Video

iran-hemin-qiricinin-pilotunu-ele-kecirib
Oxunma sayı: 1499

ABŞ Hərbi Hava Qüvvələrinin İran səmasında vurulan F-35 qırıcısının pilotu katapult edib.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Pilotun İran hərbçiləri tərəfindən ələ keçirilməsi ehtimalı olduğu bildirilir. Bununla belə, detallar açıqlanmayıb. 

Eyni zamanda, ABŞ-nin pilotu xilas etmək üçün axtarış əməliyyatı keçirmək cəhdinin uğursuzluğa düçar olduğu iddia edilir. Əməliyyatda “Black Hawk” helikopterlərinin və “C-130 Hercules” təyyarəsinin iştirak etdiyi bildirilir.

“Helikopterlərdən biri sərhəd yaxınlığında İranın hava hücumundan müdafiə qüvvələrinin hücumuna məruz qalıb və əməliyyat zonasını tərk edib”, - agentliyin məlumatında deyilir. 

Xatırladaq ki, daha əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin ekipaj üzvlərinin katapult etmək ehtimalının az olduğunu iddia etmişdi. Sosial şəbəkələrdə isə həmin təyyarəyə aid olduğu iddia edilən qalıqların görüntüləri yayılmışdı.