Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 35 kV-luq “Göytəpə” hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göytəpə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Son xəbərlər
Son Xəbərlər