“İran razılaşma istəyir, amma hələ buna hazır deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Corciya ştatında Respublikaçı seçicilərlə keçirdiyi görüşdə deyib.
“Bu gün İranla münaqişədə həyatını itirən dörd qəhrəmanımızın nəşini qəbul etdik”, – Tramp bildirib.
ABŞ Prezidenti İranla bağlı mövqeyini bir daha təkrarlayıb: “İranlılar razılaşma istəyirlər, amma hələ hazır deyillər. Tezliklə hazır olacaqlar”.
Tramp çıxışında həlak olan hərbçilərdən birinin ailəsini səfəri zamanı istifadə etdiyi “Air Force One” təyyarəsi ilə Corciyaya gətirdiyini və onların kədərini bölüşdüyünü də qeyd edib.
O, Hörmüz boğazındakı vəziyyətə də münasibət bildirib: “Bizə Hörmüz boğazı lazım deyil, amma zəruri addımları atmalıyıq. İranın nüvə silahı əldə etməsinə icazə verə bilmərik”.
Son xəbərlər
Son Xəbərlər