İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkə hesabında ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək verən regional ölkələrlə bağlı kəskin bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, diplomat ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin Körfəz Əməkdaşlıq Şurasına üzv bəzi ölkələrin və İordaniyanın hücumda iştirak etməsi barədə açıqlamasına diqqət çəkib.
Bəqai bildirib ki, əgər amerikalı komandirin bu iddiası yalandırsa, adı çəkilən ölkələr bunu rəsmi və şəffaf şəkildə təkzib etməlidirlər:
“İran həmin ölkələrin ərazisində yerləşən ABŞ hərbi bazalarını və aktivlərini vurmaqla özünümüdafiə hüququndan istifadə etdiyi bir vaxtda, “İranın məqsədi nədir?” sualını vermək məntiqsizlikdir və insanları çaşdırmaq cəhdidir.
Açıq deyək: regiondakı təhlükəsizlik böhranı və alovlanan münaqişələr müstəsna olaraq ABŞ və İsrailin İrana qarşı davam edən təcavüzünün nəticəsidir. Bu ölkələrin öz ərazilərini ABŞ hücumları üçün plasdarma çevirməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə (Təcavüzün tərifi) əsasən, onları birbaşa şərik edir, həmçinin mehriban qonşuluq prinsiplərinin və BMT Nizamnaməsinin 2-ci maddəsinin (4-cü bənd) kobud şəkildə pozulması deməkdir. İranın qanuni müdafiə hüququndan istifadə etməsi bütün regionda təhlükəsizlik və sabitliyi bərpa etmək üçün zəruri bir addımdır”.
لقد صرّح قائد القيادة المركزية الأمريكية (CENTCOM) براد کوبر صراحةً بمشاركة عدد من الدول الأعضاء في مجلس التعاون والأردن في العدوان العسكري الأمريكي ضد إيران. وإذا كان هذا الادعاء الأمريكي مجرد كذب، فإن ذلك يستدعي من هذه الدول أن تدحضه بشكل رسمي وشفاف.
— Esmaeil Baqaei (@IRIMFA_SPOX) July 23, 2026
وفي ظل هذه المعطيات،… pic.twitter.com/ANKtZnNLlj
Son xəbərlər
Son Xəbərlər