İranın cənubundakı Buşehr vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, Tehran Universitetinin Seysmoloji Mərkəzi zəlzələnin episentrinin Assaluye bölgəsində olduğunu bildirib.
Yeraltı təkanlar yerli vaxtla saat 08:41-də qeydə alınıb.
Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilmir.
Son xəbərlər
Son Xəbərlər