İranda timsah hücumu ilə bağlı xəbərdarlıq edildi

iranda-timsah-hucumu-ile-bagli-xeberdarliq-edildi
Oxunma sayı: 3356

Birləşmiş Ərəb Əmirlikləri və Omandan sonra İranda da fırtına baş verib.

“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, təbii fəlakət ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan, eləcə də Hörmüzqan vilayətlərində fəsadlara səbəb olub. 

Bildirilir ki, Sistan və Bəlucistanda sel səbəbindən dəmir yolunda çalışan 3 işçi həlak olub. 

Bununla yanaşı, Sistan və Bəlucistanda səlahiyyətli şəxslər timsahların sel səbəbi ilə təbii yaşayış yerlərini tərk etdiyini açıqlayıb və onların şəhərlərdə peyda ola biləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Vilayət sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıq ərazilərdən kənar durmaq tələb olunub.  

Qeyd edək ki, elmi adı Crocodylus palustris olan və bataqlıq ərazidə yaşayan bu timsahlara əsas olaraq İranın cənubunda və Hindistanda rast gəlinir.