“ABŞ və İran arasında atəşkəs elan edilməsini nəzərdə tutan Anlaşma Memorandumu artıq qüvvədə deyil”.
“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə çıxışı zamanı bildirib.
Diplomatın sözlərinə görə, sənədin mətnində atəşkəs üçün 60 günlük müddət müəyyən edən müddəa olmayıb. O bildirib ki, sənəd yalnız 60 gün ərzində nüvə mövzusunda danışıqlar aparılmasını nəzərdə tutub:
“Biz ümumiyyətlə heç bir danışığa başlamamışıq, ABŞ isə razılaşmanı lap əvvəldən pozub. Anlaşma Memorandumu Vaşinqtonun yol verdiyi pozuntular səbəbindən artıq qüvvədə deyil”.
O vurğulayıb ki, İran öz siyasətini hər hansı müddətin təzyiqi altında deyil, öz milli maraqları əsasında qurur.
Xatırladaq ki, iyunun 17-də İslamabadda ABŞ və İran arasında atəşkəs elan edilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. 60 günlük atəşkəsin müddəti bu gün, avqustun 17-də başa çatır. Daha əvvəl ABŞ və İranın atəşkəs rejiminin uzadılması barədə razılığa gəldiyi barədə xəbər yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər