İraqda şəhid olan türk hərbçilərinin - Fotoları

iraqda-sehid-olan-turk-herbcilerinin
Oxunma sayı: 3246

Xəbər verdiyimiz kimi, İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 9 türk əsgəri şəhid olub. 

“Qafqazinfo” ötən gün şəhid olan hərbçilər barədə məlumatı təqdim edir:

Şəhid əsgər Müslüm Özdəmir

Şəhid olan əsgər Müslüm Özdəmir Kahramanmaraşda anadan olub. Subay idi.

Şəhid zabit Serkan Sayın

Şəhid Serkan Sayın Adıyamanda anadan olub. 27 yaşlı subay şəhid ailənin 6 övladından biridir. Böyük qardaşı Murat Sayın da Türkiyə Silahlı Qüvvələrinin zabitidir.

Şəhid leytenant Gökhan Delen

Şəhid Gökhan Delen Aksarayda anadan olub. Ailənin 4 övladından biri olan şəhid subay idi.

Şəhid əsgər Emrullah Gülmez

Əsgər Emrullah Gülmez Kahramanmaraşın ikinci şəhididir. Subay idi. 

Xatırladaq ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün bölgədə 15 terrorçu zərərsizləşdirilib. Hazırda əməliyyatlar davam edir.