İsrail Prezidenti onların ölümünə görə üzr istədi

israil-prezidenti-onlarin-olumune-gore-uzr-istedi
Oxunma sayı: 5118

İsrail Prezidenti İsaak Hersoq Qəzza zolağında 7 könüllünün ölümünə görə üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, Hersoq bu addımı onların İsrail ordusunun zərbəsi nəticəsində ölməsinə görə atıb. Belə ki, o, “Dünya mərkəzi mətbəxi” qeyri-hökumət təşkilatının rəhbəri Xose Andresə zəng edərək işçilərinin faciəli ölümü ilə əlaqədar üzrxahlıq edərək başsağlığı verib.