İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

istanbulda-mekteblerde-1-gunluk-tetil-elan-edildi
Oxunma sayı: 732

Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar səbəbindən məktəblərdə tətil elan edilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu haqda İstanbul Valiliyi açıqlama yayıb.

İstanbul Valiliyi əlverişsiz hava şəraiti səbəbindən şəhər üzrə əyani tədrisin sabah dayandırıldığını açıqlayıb.

“Vilayət daxilindəki bütün dövlət və özəl təhsil müəssisələrində əyani tədris prosesi 15 oktyabr 2026-cı il bir gün müddətinə dayandırılıb”, - açıqlamada deyilir

Qeyd edək ki, İstanbulda leysan yağışları bəzi evlərdə və iş yerlərində su basmasına səbəb olub, müəyyən yollar, yeraltı keçidlər və tunellər isə gölməçəyə çevrilib. Suyun yığıldığı ərazilərdə nəqliyyat vasitələri yolda qalıb.