İstanbulda saxta spirtli içkidən ölənlərin sayı artdı

istanbulda-saxta-spirtli-ickiden-olenlerin-sayi-artdi
Oxunma sayı: 1191

Türkiyənin İstanbul şəhərində saxta spirtli içki səbəbindən ölənlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, xəstəxanalara müraciət edən 92 nəfərdən 38-i dünyasını dəyişib.

Qeyd edək ki, daha öncə polis bölmələri İstanbul daxilində apardıqları əməliyyatlarda bu məsələ ilə bağlı 6 nəfəri saxlayıb. Həmin şəxslərdən ikisi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib. 4 nəfərlə bağlı polis əməliyyatları davam edir.