Su Nəqliyyatında Polis İdarəsi və DSX əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Xəzər dənizində meyit aşkar edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyit Neft Daşlarının yaxınlığında tapılıb.
Keçirilmiş tədbirlərlə müəyyən edilib ki, meyit 13 aprel tarixində batmış balıqçı qayığında itkin düşən Kürdəmir rayon sakini 2000-ci il təvəllüdlü Osmanov Rahim Ramiz oğluna məxsusdur.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən ay baş vermiş bədbəxt hadisə zamanı qayıqda olan digər balıqçının həyatı xilas edilmişdi.



Son xəbərlər
Son Xəbərlər