Kadi “Qarabağ”a qayıdır? - Agentindən açıqlama

kadi-qarabaga-qayidir
Oxunma sayı: 4769

“Krasnodar”ın futbolçusu Kadi Borgesin agenti Helsio Roberto braziliyalı oyunçunun “Qarabağ”a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, xarici KİV-ə açıqlamasında Kadinin Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib:

“Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi “Krasnodar”dakı hər şeydən razıdır”. 

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. O, 5 milyon avroya “Krasnodar”a transfer olunub. Kadinin Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.