“Qarabağ”dan “Seltik”ə keçən kolumbiyalı futbolçu Kamilo Duran Şotlandiya klubunda 3-cü qolunu vurub.
“Qafqazinfo” xəbər verir ki, o, “Milan”a qarşı keçirilən yoldaşlıq görüşündə rəqib qapısına yol tapıb.
Duran 11-ci dəqiqədə matçda hesabı açıb. Daha sonra ikinci qolun da ötürməsini edib.
Qeyd edək ki, Duran bundan öncə daha 2 dəfə yoldaşlıq görüşlərində fərqlənə bilib.
Son xəbərlər
Son Xəbərlər