Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama

kasuk-sabaha-kecir
Oxunma sayı: 927

“Aleksey Kaşukun “Sabah”a keçəcəyi ilə bağlı söhbətlərdən xəbərim yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la 2:2 hesablı bərabərlikdən sonra keçirilən mətbuat konfransında deyib:

“Qarşı tərəfdə də bu barədə fikir olduğunu bilmirəm. Bundan qabaqkı matçlarda meydana çıxıb. Amma doğrudur o bizim gözləntilərimizi doğrultmadı. Müəyyən qədər istədiyimizi vermədi”.