“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi və kapitanı Roy Kin komandanın futbolçularını kəskin tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, irlandiyalı sabiq futbolçunun sözlərini “The Touchline” nəşri yayıb.
“Mançester Yunayted” sanki bir sirkə çevrilib. Artıq onların öz adlarından meydanda danışmaq vaxtı çatıb. Bu futbolçular son bir neçə il ərzində komanda üçün heç nə etməyiblər”, – deyə Roy Kin bildirib.
Xatırladaq ki, “qırmızı şeytanlar” son matçlarında UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində “Atletiko Madrid”lə qarşılaşıblar. Maykl Karrikin rəhbərlik etdiyi komanda rəqibinə 0:2 hesabı ilə məğlub olub.
Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində isə 6 xalla 14-cü pillədə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər